Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Milli Məclisdə yeddi yaşlı uşağın məşq zamanı ölməsi müzakirə edildi

Milli Məclisdə yeddi yaşlı uşağın məşq zamanı ölməsi müzakirə edildi

Milli Məclisdə yeddi yaşlı uşağın məşq zamanı ölməsi müzakirə edildi
2023-05-02 , 11:24

“Görüntülərdən göründü ki, məşqçi Mehman Xəlilov təkcə 7 yaşlı Fərid Bakarova deyil, eyni zamanda məşq keçdiyi uşaqlara qarşı zorakılıq tətbiq edir”. 

Yenilik.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Kamal Cəfərov deyib.



 O, bildirib ki, bütün idman zallarında müşahidə kameraları quraşdırılmalıdır. 
Millət vəkili təklif edib ki, Gənclər və İdman Nazirliyi, aidiyyəti qurumlar məsələni araşdırıb reaksiya verməlidirlər. 
“Buradan idmanla məşğul olan uşaqlara demək istəyirəm ki, məşq zamanı zorakılığa məruz qalsalar, “102”yə məlumat versinlər”, - deyə Kamal Cəfərov əlavə edib. 
Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında məşqçi Mehman Xəlilov 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olmaqda ittiham edilir. 
Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.