HP: Un üçün ayrılan subsidiya Vasif Talıbovun şirkətinə verilib

Demokrat.az Palataya istinadən xəbər verir ki, qurum un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin etməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb.
Məlumatda həmçinin, satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib.
Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsusdur. (apa)