"Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur” - Tahir Kərimli

Tahir Kərimli qeyd edib ki, məsələlər həllini tapmır.
“Mən dəfələrlə seçicilərimin şikayətləri əsasında məsələlər qaldırmışam. Amma həllini tapmır. Ancaq yazılı cavab verilir ki, məsələyə baxılacaq. Əvvəllər seçicilər deyirdilər ki, deputatlar məsələ qaldırmır. İndi də ittiham edirlər ki, məsələ qaldırılsa da, həllini tapmır, bunun xeyri yoxdur. Hökumətdən xahiş edirəm ki, qaldırdığımız məsələlərə baxsınlar”, - deyə Tahir Kərimli söyləyib.