Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur” - Tahir Kərimli

"Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur” - Tahir Kərimli

2023-06-06 , 17:55

“Məsələləri qaldırırıq, özümüz deyib, özümüz eşidirik. Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur”.

Yenilik.az xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin iclasında deyib.  
Tahir Kərimli qeyd edib ki, məsələlər həllini tapmır.
“Mən dəfələrlə seçicilərimin şikayətləri əsasında məsələlər qaldırmışam. Amma həllini tapmır. Ancaq yazılı cavab verilir ki, məsələyə baxılacaq. Əvvəllər seçicilər deyirdilər ki, deputatlar məsələ qaldırmır. İndi də ittiham edirlər ki, məsələ qaldırılsa da, həllini tapmır, bunun xeyri yoxdur. Hökumətdən xahiş edirəm ki, qaldırdığımız məsələlərə baxsınlar”, - deyə Tahir Kərimli söyləyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.