Deputatdan geriyə addım: Qalmaqallı paylaşımını sildi

Deputatdan geriyə addım: Qalmaqallı paylaşımını sildi Milli Məclisin üzvü Razi Nurullayev yenidən gündəmə gəlib.

Demokrat.az 
xəbər verir ki, deputat bu dəfə müzakirələrə səbəb olan paylaşımı ilə diqqəti öz üzərinə çəkib.

Parlamentarinin paytaxtın dəbdəbəli məkanlarının birində istirahət edərkən çəkdirdiyi şəkil onu hədəf taxtasına çıxarıb. Belə ki, izləyiciləri deputata qəlyan çəkməyi və bunu təbliğ etməyi yaraşdırmayıblar.

Deputatın bu hərəkətilə yeniyetmə və gənclərə pis nümunə olduğunu iddia edənlər də tapılıb.

Məlum paylaşımla bağlı yazılan şərhlərin sayının çoxalması Razi Nurullayevi geriyə addım atmağa vadar edib.  O bu gün qəlyanla çəkdirdiyi fotonu sosial şəbəkə hesabından silib. 
Geri qayıt