Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan geriyə addım: Qalmaqallı paylaşımını sildi

Deputatdan geriyə addım: Qalmaqallı paylaşımını sildi

Deputatdan geriyə addım: Qalmaqallı paylaşımını sildi
2023-06-12 , 16:04

Milli Məclisin üzvü Razi Nurullayev yenidən gündəmə gəlib.


Demokrat.az 
xəbər verir ki, deputat bu dəfə müzakirələrə səbəb olan paylaşımı ilə diqqəti öz üzərinə çəkib.

Parlamentarinin paytaxtın dəbdəbəli məkanlarının birində istirahət edərkən çəkdirdiyi şəkil onu hədəf taxtasına çıxarıb. Belə ki, izləyiciləri deputata qəlyan çəkməyi və bunu təbliğ etməyi yaraşdırmayıblar.

Deputatın bu hərəkətilə yeniyetmə və gənclərə pis nümunə olduğunu iddia edənlər də tapılıb.

Məlum paylaşımla bağlı yazılan şərhlərin sayının çoxalması Razi Nurullayevi geriyə addım atmağa vadar edib.  O bu gün qəlyanla çəkdirdiyi fotonu sosial şəbəkə hesabından silib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.