“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

Qeyd edək ki, beş mərhələnin nəticələrinə görə turnirin qalibi italyan velosipedçi Emanuele Ansaloni olub. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və 11 iyun tarixində Şuşa şəhərində yekunlaşıb.
Hal-hazırda Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
