Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu
2023-06-12 , 15:30

Bakcell şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub.  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda dünyanın 14 ölkəsindən 100-dən çox idmançı mübarizə aparıb.

Əsl sürət bayramına çevrilmiş bu yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, beş mərhələnin nəticələrinə görə turnirin qalibi italyan velosipedçi Emanuele Ansaloni olub. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və 11 iyun tarixində Şuşa şəhərində yekunlaşıb.
Hal-hazırda Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.