Leyla Quliyeva valideynlərə müraciət etdi

"Sənin üçün gecələr yatmadım", "Sənin üçün "n" qədər pul xərclədim", "Sənə görə özümü ikinci plana keçirtdim" kimi fikirlərə köklənib "Öl desəm öləcəksən, qal desəm qalacaqsan" xülyasına düşməyək. Onların seçim etmək hüququ var. Biz onları istiqamətləndirmək üçün varıq. Onların nə uşaqlığını, nə gəncliyini əlindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır".