Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Leyla Quliyeva valideynlərə müraciət etdi

Leyla Quliyeva valideynlərə müraciət etdi

Leyla Quliyeva valideynlərə müraciət etdi
2023-06-22 , 14:46

"Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu bizi övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir".

Yenilik.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqram hesabında yazıb.  O, uşaqların seçim etmək hüququnun olduğunu xatırladaraq valideynlərə müraciət edib: 
"Sənin üçün gecələr yatmadım", "Sənin üçün "n" qədər pul xərclədim", "Sənə görə özümü ikinci plana keçirtdim" kimi fikirlərə köklənib "Öl desəm öləcəksən, qal desəm qalacaqsan" xülyasına düşməyək. Onların seçim etmək hüququ var. Biz onları istiqamətləndirmək üçün varıq. Onların nə uşaqlığını, nə gəncliyini əlindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.