Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib
2023-03-06 , 15:40

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib.
Yenilik.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk və market aşkar edilib. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.
Sumqayıt şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.