Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bəzi restoran və marketlərdə nöqsanlar aşkarlandı - Siyahı

Bəzi restoran və marketlərdə nöqsanlar aşkarlandı - Siyahı

Bəzi restoran və marketlərdə nöqsanlar aşkarlandı - Siyahı
2023-03-07 , 17:03

Martın 6-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 16 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata monitorinqlər keçirilib.

Yenilik.az xəbər verir ki, monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub. 
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1"Qartal" marketXəzər rayonu, Binə qəs., Ə.İsazadə küçəsi1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2"Nur-Store" marketXəzər rayonu, Binə qəsəbəsi1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3"Çinar" marketAbşeron rayonu, Masazır qəsəbəsi1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
4"Zeytun" aptekAğsu şəhəri, S.Vurğun küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5"Sənan" marketMasallı rayonu, Binə Xocavar kəndi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6"Pərviz" marketCəlilabad rayonu, Göytəpə şəhəri1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
7"Daş Fırın" restoranıYasamal rayonu, A.M.Şərifzadə küçəsi,
ev 130
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.