Yenilik.Az
www.Yenilik.Az » Ölkə » 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
2023-03-09 , 17:52

11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və beş ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı dörd, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı beş, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı dörd, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı üç, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı üç nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.