Yenilik.Az
www.Yenilik.Az » Ölkə » 13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
2023-04-13 , 19:10

12 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. 

Yenilik.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı bir, istifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı ilə bağlı bir nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.