Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda iki bələdiyyə sədri cərimələndi

Azərbaycanda iki bələdiyyə sədri cərimələndi

Azərbaycanda iki bələdiyyə sədri cərimələndi
2023-04-13 , 10:36

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Yenilik.az xəbər verir ki, DİN-dən verilən xəbərə görə, aprelin 11-də Yardımlı rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd bələdiyyəsinin sədri Ş.Qadirli barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.