Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar

Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar

Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar
2023-04-04 , 10:50

Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar.

Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Samux RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirirlər.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı 3 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib. Bundan başqa VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Ə.Zeynalov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, Ə.Zeynalovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Qayda pozan sürücülər dərhal idarə etmədən kənarlaşdırılıblar və barələrində qanuna müvafiq tədbir görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.