Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb
2023-04-05 , 13:20

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı rayon sakini Tural Hüseynov özünəməxsus “Niva” markalı avtomobili saxta qeydiyyat nişanı və qanunla qadağan edilmiş səs siqnalı ilə idarə edərək avtoxuliqanlıq etmiş və cəmiyyətin haqlı narazılığına səbəb olmuşdur. Sürücü saxlanılaraq avtomobili müvəqqəti duracağa yerləşdirilib, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Hüseynov 20 gün inzibati qaydada həbs olunub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.