Deputatdan etiraz: “Bu, Konstitusiyaya ziddir”

Deputat Qüdrət Həsənquliyev söz alaraq qanun layihəsi ilə Konstitusiya arasındakı uyğunsuzluğa diqqət çəkdi. Bildirdi ki, məsələ barədə bundan əvvəl komitə müzakirələrində də fikirlərini bildirib.
Deputat xüsusilə də utilizasiya məbləğinin bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirilməsi barədə müddəanı doğru saymadı. Bildirdi ki, ödənişlərin məbləği və növü qanunla müəyyən olunmalıdır: “Ona görə də biz bu səlahiyyəti müvafiq icra hakimiyyətinə verə bilmərik, bu, Konstitusiyaya ziddir”.
Layihə səsə qoyularaq qəbul edildi.