Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan etiraz: “Bu, Konstitusiyaya ziddir”  

Deputatdan etiraz: “Bu, Konstitusiyaya ziddir”  

Deputatdan etiraz: “Bu, Konstitusiyaya ziddir”  
2023-06-24 , 15:08

Milli Məclis “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.



Deputat Qüdrət Həsənquliyev söz alaraq qanun layihəsi ilə Konstitusiya arasındakı uyğunsuzluğa diqqət çəkdi. Bildirdi ki, məsələ barədə bundan əvvəl komitə müzakirələrində də fikirlərini bildirib.
 
Deputat xüsusilə də utilizasiya məbləğinin bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirilməsi barədə müddəanı doğru saymadı. Bildirdi ki, ödənişlərin məbləği və növü qanunla müəyyən olunmalıdır: “Ona görə də biz bu səlahiyyəti müvafiq icra hakimiyyətinə verə bilmərik, bu, Konstitusiyaya ziddir”.
 
Layihə səsə qoyularaq qəbul edildi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.