Küçə itləri sakinlərə hücum edir, Nərimanov RİH isə reaksiya vermir

Bu barədə Pravda.az-a Arif Heydərov küçəsinin sakinləri tərəfindən ünvanlanan şikayətdə bildirilib.
Qeyd olunub ki, bu, işə gedən, səhər idmanına çıxmaq istəyən, dərsə gedib-gələn, axşam gəzintisinə çıxan ərtaf sakinləri üçün ciddi təhlükədir: “Onlar uşaqlara hücum edirlər. Gecə saatalarında da itlərin səs-küyü narahatlıq yaradır”.
Onların sözlərinə görə, bir neçə dəfə aidyyatı üzrə müraciət ediblər, lakin məsələyə hələ də baxılmayıb: “İtlər bələdiyyənin yerləşdiyi binanın əhatəsində sürü şəklində gəzirlər, bununla bələdiyyə də şikayətləri nəzərə almır”.
Məsələ ilə bağlı Pravda.az Nərimanov Rayon icra Hakimiyyətinə sorğu göndərsə də, reaksiya verilməyib.