Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Küçə itləri sakinlərə hücum edir, Nərimanov RİH isə reaksiya vermir

Küçə itləri sakinlərə hücum edir, Nərimanov RİH isə reaksiya vermir

Küçə itləri sakinlərə hücum edir, Nərimanov RİH isə reaksiya vermir
2023-07-11 , 17:12

Bakının Nərimanov rayonu Montin qəsəbəsindəki Arif Heydərov küçəsində sürü şəklində olan küçə itləri sakinlər, xüsusən azyaşlılar üçün təhlükə yaradır.


Bu barədə Pravda.az-a Arif Heydərov küçəsinin sakinləri tərəfindən ünvanlanan şikayətdə bildirilib.

Qeyd olunub ki, bu, işə gedən, səhər idmanına çıxmaq istəyən, dərsə gedib-gələn, axşam gəzintisinə çıxan ərtaf sakinləri üçün ciddi təhlükədir: “Onlar uşaqlara hücum edirlər. Gecə saatalarında da itlərin səs-küyü narahatlıq yaradır”.

Onların sözlərinə görə, bir neçə dəfə aidyyatı üzrə müraciət ediblər, lakin məsələyə hələ də baxılmayıb: “İtlər bələdiyyənin yerləşdiyi binanın əhatəsində sürü şəklində gəzirlər, bununla bələdiyyə də şikayətləri nəzərə almır”.

Məsələ ilə bağlı Pravda.az Nərimanov Rayon icra Hakimiyyətinə sorğu göndərsə də, reaksiya verilməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.