Rüfət Quliyev: "Tanımıram, bilmirəm, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur"

R.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, bu barədə məlumatsızdır.
"Tanımıram, bilmirəm. Doqquz ildən çoxdur, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur. Harada yerləşdiyini də bilmirəm. Tam açıq, şəffaf formada qeyd edirəm ki, xəbərim yoxdur. Kimin aidiyyatı varsa, şikayəti ona ünvanlasınlar. Məsələnin mənə heç bir aidiyyatı yoxdur, yalandır”, - deputat deyib.