Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rüfət Quliyev: "Tanımıram, bilmirəm, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur"

Rüfət Quliyev: "Tanımıram, bilmirəm, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur"

Rüfət Quliyev:
2023-07-13 , 18:36

Milli Məclisin deputatı Rüfət Quliyev Hövsan qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsinin sakinləri tərəfindən ona məxsus olduğu iddia edilən “European Tobacco-Baku” ASC-nin yolu zəbt etdiyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 
R.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, bu barədə məlumatsızdır.
 
"Tanımıram, bilmirəm. Doqquz ildən çoxdur, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur. Harada yerləşdiyini də bilmirəm. Tam açıq, şəffaf formada qeyd edirəm ki, xəbərim yoxdur. Kimin aidiyyatı varsa, şikayəti ona ünvanlasınlar. Məsələnin mənə heç bir aidiyyatı yoxdur, yalandır”, - deputat deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.