Qubad İbadoğlu onun ifadəsi ilə SAXLANILIB

İbadoğlu bu iddiaları rədd edir.
“O, deyib ki, Anar Əliyev kimi adamı, ümumiyyətlə, tanımır “, – vəkil qeyd edib.
Vəkil dəqiqləşdirib ki, axtarış İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb. Lakin İbadoğlu pulun ona aid olmadığını bildirib, axtarışın aparıldığı mənzil isə sadəcə, onun adına rəsmiləşdirilib.
“Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamır. O, ölkəyə yeni gəlib. Bu pulların Qubad İbadoğluya aidiyyatı yoxdur. Biz etiraz etdik və iradlarımızı protokolda yazdıq”, – vəkil deyib. (Turan)
O qeyd edib ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.