Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qubad İbadoğlu onun ifadəsi ilə SAXLANILIB

Qubad İbadoğlu onun ifadəsi ilə SAXLANILIB

Qubad İbadoğlu onun ifadəsi ilə SAXLANILIB
2023-07-24 , 16:30

Qubad İbadoğlu hansısa Anar Əliyevin şikayəti əsasında saxlanılıb. Əliyev siyasətçinin “ona dollar verdiyini” bildirib. Bu barədə jurnalistlərə vəkil Zibeydə Sadıqova məlumat verib.

KONKRET.az xəbər verir ki, O, İbadoğlunun Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) şübhəli şəxs qismində cəlb olunduğunu təsdiqləyib.
İbadoğlu bu iddiaları rədd edir.
“O, deyib ki, Anar Əliyev kimi adamı, ümumiyyətlə, tanımır “, – vəkil qeyd edib.
Vəkil dəqiqləşdirib ki, axtarış İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb. Lakin İbadoğlu pulun ona aid olmadığını bildirib, axtarışın aparıldığı mənzil isə sadəcə, onun adına rəsmiləşdirilib.
“Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamır. O, ölkəyə yeni gəlib. Bu pulların Qubad İbadoğluya aidiyyatı yoxdur. Biz etiraz etdik və iradlarımızı protokolda yazdıq”, – vəkil deyib. (Turan)
O qeyd edib ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.