Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Atamın yüksək təzyiq və şəkəri var” - Qubad İbadoğlunun qızı

“Atamın yüksək təzyiq və şəkəri var” - Qubad İbadoğlunun qızı

“Atamın yüksək təzyiq və şəkəri var” - Qubad İbadoğlunun qızı
2023-07-24 , 16:49

Dünən polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun səhhətində problemlər var.

Bu barədə Q.İbadoğlunun qızı Jalə Bayramova sosial şəbəkə səhifəsində yazıb. O, atasının daimi istifadə etdiyi dərmanları ona çatdıra bilmədiklərini deyib:
“Atama dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər”.
Qeyd edək ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.