Qubad İbadoğlunun həyat yoldaşı danışdı: "Xəstədi, dərmanlara ehtiyacı var"

"Hökumət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda, həm Tükiyə, həm Azərbaycan mediası ona "FETO"çü deyə böhtan atır".
İradə Bayramovanın sözlərinə görə, həyat yoldaşına dərmanlarını çatdıra bilmir:
"Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir."
Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsi istintaqın təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.