Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qubad İbadoğlunun həyat yoldaşı danışdı: "Xəstədi, dərmanlara ehtiyacı var"

Qubad İbadoğlunun həyat yoldaşı danışdı: "Xəstədi, dərmanlara ehtiyacı var"

Qubad İbadoğlunun həyat yoldaşı danışdı:
2023-07-24 , 18:24

İyulun 23-də saxlanılan iqtisadçı -alim Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın müraciəti yayınlanıb. Olduqca sərt üslubda yazılı yayınlanan müraciətdə bütün xalqın həyat yoldaşı Qubad İbadoğlu üçün "küçələrə çıxması" istənilir.

Musavat.com xəbər verir ki, İradə Bayramova bildirib:
"Hökumət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda, həm Tükiyə, həm Azərbaycan mediası ona "FETO"çü deyə böhtan atır".
İradə Bayramovanın sözlərinə görə, həyat yoldaşına dərmanlarını çatdıra bilmir:
"Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir."
Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsi istintaqın təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.