Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Fətullah Gülənin tərəfində durmaq XƏYANƏT sayılır, doğma qardaşım da olsa...”

“Fətullah Gülənin tərəfində durmaq XƏYANƏT sayılır, doğma qardaşım da olsa...”

“Fətullah Gülənin tərəfində durmaq XƏYANƏT sayılır, doğma qardaşım da olsa...”
2023-07-24 , 18:26

“Qubad İbadoğlu işgüzar adam kimi tanınıb. Hətta mən istefa verib oradan ayrılanda da, dedim ki, sən yaxşı valideynsən, övladlarına yaxşı pul qazanırsan. Ümumiyyətlə, o, pul qazanmaq sahəsində çox praqmatik adamdır. Neçə illər qrant hesabına yaşayıb. Dırnaqarası deyirəm, bu sahədə bacarığı var, amma hər şeyin bir həddi var. Əvvəl-axır bir dayanma nöqtəsi var. Hesab edirəm ki, bu məsələni istintaq obyektiv araşdıracaq, ictimaiyyəti məlumatlandıracaq”.

Bu barədə Musavat.com-a ADR Partiyasından istefa verən Səxavət Əlisoy Qubad İbadoğlunun saxlanılması barədə fikir bildirərkən deyib.

“Bu məsələni dünəndən türk mediasından oxuyuram. Türkiyədə hamı Fətullah Gülən məsələsinin nə dərəcədə həssas olduğunu bilir. Fətullah Gülənin dünyanın yüzdən yuxarı ölkəsində təşkilatlanmış dəstələri var. Azərbaycanda da olması barədə zaman-zaman iddialar ortaya qoyulmuşdu. Belə bir şübhəm olmadı ki, Qubad İbadoğlu Fətullah Gülənlə bağlıdır”, - deyə S.Əlisoy bildirib.
O əlavə edib ki, adətən Fətullah Gülən adamlarının taktikasında bir fərq var, sirri heç kim bilməməlidir: “Onlar o sistemlə çıxış edirlər. Söhbət Qubad İbadoğludan getmir, hər kəsdən gedir. Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə çatdığı bir zamanda Gülənin tərəfində durmaq, onun gizli dəstəsində olmaq, kim olur-olsun, hətta doğma qardaşım olsa, bunu xəyanət olaraq dəyərləndirirəm. Fətullah Gülən dəstəsində olmaq İŞİD dəstəsində olmaq kimidir. Müasir dövrdə texnologiyalar o səviyyədə inkişaf edib ki, artıq gizli şəkildə saxlamaq qeyri-mümkündür. Mütləq de-şifrə olunmalıdır. Bunun üçün hər bir ölkənin təhlükəsizlik orqanlarında kifayət qədər texnologiya var ki, çox asanlıqla müəyyən edirlər. Qubad İbadoğlunun buna nə dərəcədə bağlılığı var, təbii ki, bunu istintaq müəyyənləşdirəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.