“Bazarstore” müştəriləri aldadır? – “Bəzən satıcı yanlışlıqla etiketi başqa bir məhsulun alt hissəsinə qoymuş olur” - FOTO

Pravda.az məsələni aydınlaşdırmaq üçün “Bazarstore”a sorğu ünvanlayıb.
“Bazarstore”un İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən açıqlamada belə deyilib: “Endirim jurnalında olan sosis ilə rəfdə olan sosis fərqlidir. Müştəriyə deyildiyi kimi, "Halal Nemət" yalnız halal, "BS" isə qeyri-halal məhsulları satan markadır. Fotodan da gördüyünüz kimi, rəfdə endirimli qiymət "Halal Nemət" “Manqalüstü üçün deyil "BS" “Manqalüstü” üçün yazılıb. Rəflərdə etiket və məhsullara tez-tez diqqət yetirsək də, bəzən müştərilər tərəfindən gün ərzində məhsulların yeri və ya etiketi dəyişdirilir. Bəzən satıcı da yanlışlıqla etiketi yanlış məhsulun alt hissəsinə qoymuş olur. Təəssüf ki, belə hal yaşanıb. Müştəri onun narazılığını aradan qaldırmağımız üçün 24/7 müştəri xidmətlərimizə bu barədə yaza və ya zəng edə bilər”.
Fotoları təqdim edirik

