Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bazarstore” müştəriləri aldadır? – “Bəzən satıcı yanlışlıqla etiketi başqa bir məhsulun alt hissəsinə qoymuş olur” - FOTO

“Bazarstore” müştəriləri aldadır? – “Bəzən satıcı yanlışlıqla etiketi başqa bir məhsulun alt hissəsinə qoymuş olur” - FOTO

“Bazarstore” müştəriləri aldadır? – “Bəzən satıcı yanlışlıqla etiketi başqa bir məhsulun alt hissəsinə qoymuş olur” - FOTO
2023-08-21 , 17:02

Sosial şəbəkələrdə “Bazarstore”la bağlı şikayət ünvanlayan vətəndaşlardan biri bildirib ki, piştaxtada endirimlə 10 manat 79 qəpiyə qoyulan “Manqalüstü” sosislərini mağaza ona endirimsiz qiymətə satıb. Müştərinin sözlərinə görə, o, kassada ödənişi edəndən sonra bunun fərqinə varıb, qəbzdə sözügedən sosisin qiymətinin 13 manat 49 qəpik yazıldığını görüb. “Bazarstore”un səlahiyyətli əməkdaşının verdiyi izah isə onu qane etməyib. Belə ki, ona endirimdə olan sosisin halal deyil, qeyri-halal olduğu bildirilib. Vətəndaş burada “Bazarstore”un maxinasiyası olduğunu iddia edərək digər müştəriləri diqqətli olmağa çağırıb.

 
Pravda.az məsələni aydınlaşdırmaq üçün “Bazarstore”a sorğu ünvanlayıb.
 
“Bazarstore”un İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən açıqlamada belə deyilib: “Endirim jurnalında olan sosis ilə rəfdə olan sosis fərqlidir. Müştəriyə deyildiyi kimi, "Halal Nemət" yalnız halal, "BS" isə qeyri-halal məhsulları satan markadır. Fotodan da gördüyünüz kimi, rəfdə endirimli qiymət "Halal Nemət" “Manqalüstü üçün deyil "BS" “Manqalüstü” üçün yazılıb. Rəflərdə etiket və məhsullara tez-tez diqqət yetirsək də, bəzən müştərilər tərəfindən gün ərzində məhsulların yeri və ya etiketi dəyişdirilir. Bəzən satıcı da yanlışlıqla etiketi yanlış məhsulun alt hissəsinə qoymuş olur. Təəssüf ki, belə hal yaşanıb. Müştəri onun narazılığını aradan qaldırmağımız üçün 24/7 müştəri xidmətlərimizə bu barədə yaza və ya zəng edə bilər”.
 

 Fotoları təqdim edirik



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.