Xəstəxana direktorunun ölüm səbəbi açıqlandı - RƏSMİ

Yenilik.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, həkim kəskin ürək tutmasından ölüb.
Bildirilib ki, o, ötən gün 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27 may 1970-ci ildə Quba şəhərində anadan olub. 2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.