Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xəstəxana direktorunun ölüm səbəbi açıqlandı - RƏSMİ

Xəstəxana direktorunun ölüm səbəbi açıqlandı - RƏSMİ

Xəstəxana direktorunun ölüm səbəbi açıqlandı - RƏSMİ
2023-09-01 , 14:40

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev vəfat edib.

 
Yenilik.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, həkim kəskin ürək tutmasından ölüb.
 
Bildirilib ki, o, ötən gün 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.
 
Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27 may 1970-ci ildə Quba şəhərində anadan olub. 2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.