Deputatdan müharibə anonsu — Heç bir halda güzəşt edilməyəcək

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, bu gün Xankəndidəki hərbi cinayətkarlar yenidən müharibə, revanş əhval-ruhiyyəsindədirlər:
“Bu qeyri-qanuni hərbi birləşmələr münaqişəni yenidən canlandırmaq istəyirlər. Azərbaycanın suveren hüquqları var, öz ərazisində söz sahibidir. Beynəlxalq ictimaiyyət bunu unutmamalıdır. Siyasi korrupsionerlərə, Ermənistana və onun havadarlarına bu məsələlərdə heç bir halda güzəşt edilməyəcək”.