Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan müharibə anonsu — Heç bir halda güzəşt edilməyəcək

Deputatdan müharibə anonsu — Heç bir halda güzəşt edilməyəcək

Deputatdan müharibə anonsu — Heç bir halda güzəşt edilməyəcək
2023-09-04 , 15:33

“Azərbaycanın mövqeyi hər zaman beynəlxalq prinsiplərə əsaslanıb. Burada önəmli məqam dövlətin suverenliyi və ərazi bütövlüyüdür. Bunu pozmaq istəyən hər bir qüvvə qanun qarşısında cavabdeh olacaq”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu gün Xankəndidəki hərbi cinayətkarlar yenidən müharibə, revanş əhval-ruhiyyəsindədirlər:

“Bu qeyri-qanuni hərbi birləşmələr münaqişəni yenidən canlandırmaq istəyirlər. Azərbaycanın suveren hüquqları var, öz ərazisində söz sahibidir. Beynəlxalq ictimaiyyət bunu unutmamalıdır. Siyasi korrupsionerlərə, Ermənistana və onun havadarlarına bu məsələlərdə heç bir halda güzəşt edilməyəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.