FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Qeyd edək ki, ötən gün axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti hadisə yerinə yola salınıb.