Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO

FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO

FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO
2023-09-28 , 20:35

Ağdam, 28 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Qeyd edək ki, ötən gün axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti hadisə yerinə yola salınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.