Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: Xəsarət alan var

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: Xəsarət alan var

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: Xəsarət alan var
2023-04-12 , 14:50

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən operativ qaydada yanğın baş verən mənzilin qapısı xüsusi vasitələrlə açılaraq yanğın qısa müddətdə söndürülüb və mənzildə həyati təhlükəli vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yanğın nəticəsində ümumi sahəsi 48 kvadratmetr olan mənzilin bir otağında ev əşyaları 1 kvadratmetr sahədə yanıb, otağın döşəmə və divarları ziyan görüb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.