“Adına köhnə maşın olana deyirlər ki, sənə sosial yardım düşmür”

Deputatın sözlərinə görə, gənclərin regionlarda işləməsi, yaşaması, evlənməsi üçün qaydalar regionlara görə fərqli olmalıdır: “Həm də nəzərə alınmalıdır ki, regionlarda alınan əmək haqları da fərqlidir”.
Ünvanlı sosial yardımdan da danışan Siyavuş Novruzov vurğulayıb ki, neçə illərdir verilsə də, onun effekti yoxdur: “Bəlkə yardımları artıraq və ya heç lazım deyil? 15 ilə yaxındır ünvanlı sosial yardım verilir. Hər il 150-300 milyon pul sərf olunur. Bəlkə qaydaları dəyişək ki, daha effektli olsun? Yoxsa adına köhnə Sovet maşını olan birinə deyirlər ki, sənə ünvanlı sosial yardım düşmür”.