Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Adına köhnə maşın olana deyirlər ki, sənə sosial yardım düşmür”

“Adına köhnə maşın olana deyirlər ki, sənə sosial yardım düşmür”

“Adına köhnə maşın olana deyirlər ki, sənə sosial yardım düşmür”
2023-10-02 , 13:33

 “İpoteka haqqında qanununa fərqli yanaşaq. Bakıda və regionda ipoteka qaydaları eynidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında bildirib.
Deputatın sözlərinə görə, gənclərin regionlarda işləməsi, yaşaması, evlənməsi üçün qaydalar regionlara görə fərqli olmalıdır: “Həm də nəzərə alınmalıdır ki, regionlarda alınan əmək haqları da fərqlidir”. 
Ünvanlı sosial yardımdan da danışan Siyavuş Novruzov vurğulayıb ki, neçə illərdir verilsə də, onun effekti yoxdur: “Bəlkə yardımları artıraq və ya heç lazım deyil? 15 ilə yaxındır ünvanlı sosial yardım verilir. Hər il 150-300 milyon pul sərf olunur. Bəlkə qaydaları dəyişək ki, daha effektli olsun? Yoxsa adına köhnə Sovet maşını olan birinə deyirlər ki, sənə ünvanlı sosial yardım düşmür”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.