Mingəçevir şəhərinin vəkilləri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı nümayəndələri arasında görüş keçirildi.

İ.İsmayılov tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinnin 28 avqust 2023-cü il tarixli sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sosial Xidmətlərin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"da mediatorların üzərinə qoyulan vəzifələr barədə tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə Mingəçevir vəkil bürosunun rəhbəri Kamil Yunusov, vəkillər Fəzail Hacıyev, Rafiq Yusifov, Ruhiyyə Kərimli, Adil Abışov, Cianşa Ömərov, Hüseyn Əsgərov, Ramil Xanlarov, Ağdaşda fəaliyyət göstərən vəkil Ərzuman Bədəlov, Fəzli Məhyəddinov, vəkil mediator Niyaz Ələkbərov təşkilatımızın uğur və çatışmazlıqları, qanunvericiliyə dəyişikliklər barədə irad və təkliflərini verdilər.
Bildirildi ki, bu konstruktiv görüşün vəkil – mediator münasibətlərinin və ümumən vətəndaşlarımıza olan xidmət keyfiyyətinin daha da artmasına müsbət təsir edəcəyinə ümid edilir.