Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mingəçevir şəhərinin vəkilləri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı nümayəndələri arasında görüş keçirildi.

Mingəçevir şəhərinin vəkilləri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı nümayəndələri arasında görüş keçirildi.

Mingəçevir şəhərinin vəkilləri ilə Mingəçevir 1 saylı mediasiya təşkilatı nümayəndələri arasında görüş keçirildi.
2023-10-20 , 17:47

İlk gündən etibarən Mingəçevir şəhərinin peşəkar vəkillərinin mediasiyanın nüfuzunun yüksəlməsinə dair göstərdikləri qayğıya diqqət çəkərək, 2023-cü ilin okyabr ayının 14-ü Mingəçevir 1 saylı Mediasiya Təşkilatının əməkdaşları, Mingəçevir və Ağdaş şəhərlərində fəaliyyət göstərən vəkillər arasında “Vəkillərin mediasiyada rolu” mövzusunda işgüzar səhər yeməyi baş tutdu.

Tədbirdə Mingəçevir 1 saylı mediasiya təşkilatının rəhbəri İsmayıl İsmayılov çıxış edərək Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədri Anar Bağırov tərəfindən imzalanmış Birgə müraciət barəsində tədbir iştirakçılarına məlumat verdi və qarşılıqlı müzakirələr aparıldı.
İ.İsmayılov tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinnin 28 avqust 2023-cü il tarixli sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sosial Xidmətlərin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"da mediatorların üzərinə qoyulan vəzifələr barədə tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə Mingəçevir vəkil bürosunun rəhbəri Kamil Yunusov, vəkillər Fəzail Hacıyev, Rafiq Yusifov, Ruhiyyə Kərimli, Adil Abışov, Cianşa Ömərov, Hüseyn Əsgərov, Ramil Xanlarov, Ağdaşda fəaliyyət göstərən vəkil Ərzuman Bədəlov, Fəzli Məhyəddinov, vəkil mediator Niyaz Ələkbərov təşkilatımızın uğur və çatışmazlıqları, qanunvericiliyə dəyişikliklər barədə irad və təkliflərini verdilər.
Bildirildi ki, bu konstruktiv görüşün vəkil – mediator münasibətlərinin və ümumən vətəndaşlarımıza olan xidmət keyfiyyətinin daha da artmasına müsbət təsir edəcəyinə ümid edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.