Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Vəkillərlə səmərəli əməkdaşlığımız mediasiya barışıq sazişinin imzalanmasında ciddi rol oynayır”

“Vəkillərlə səmərəli əməkdaşlığımız mediasiya barışıq sazişinin imzalanmasında ciddi rol oynayır”

“Vəkillərlə səmərəli əməkdaşlığımız mediasiya barışıq sazişinin imzalanmasında ciddi rol oynayır”
2023-04-12 , 21:35

“Vəkillərlə səmərəli əməkdaşlığımız mediasiya barışıq sazişinin imzalanmasında ciddi rol oynayır.”


Bu barədə Demokrat.az-a Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib. 

N. Adilov deyib ki, Mediasiya Şurası fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə çox sıx və səmərəli əməkdaşlıq edir. 

“Eyni zamanda istər mediatorlarımız arasında, istərsə də mediasiya təşkilatlarımızın rəhbərləri arasında kifayət qədər peşəkar və nüfuzlu vəkillər var”.

O qeyd edib ki, bildiyiniz kimi, mediatorlar hətta vəkil və hüquqşünas olsalar belə onların mediasiya xidməti alan tərəflərə hüquq xidmətləri göstərməsini qanun qadağan edir:

“Yəni mediatorlar mediasiya xidməti göstərdikləri müştərilərinə heç bir hüquq xidməti göstərə bilməzlər. Ona görə də mediatorlar, vəkillər və hüquqşünasların vahid ekosistem iştirakçısı kimi bir-biri ilə harmonik rejimdə işləməsi zəruridir. Biz vəkillər və mediatorlar arasında maraq konfiliktlərinin qarşısının alınması məqsədi ilə Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında müvafiq memorandum imzalamışıq və bu memorandumun icrasına istər Kollegiya tərəfindıən, istərsə də Şura tərəfindən çox ciddi nəzarət edilir. Məhz bu səbəbdəndir ki, artıq bir çox vəkillər tərəflərə göstərdikləri hüquqi yardımda mediasiyaya aid olan işlərin barışıq sazişləri ilə yekunlaşdırılmasında mediasiya təşkilatlarımıza və mediatorlara yaxından işləyirlər. Əlbəttə ki, vaxta, zamana diqqət yetirən bir çox vəkillər mediasiya proseslərinin verdiyi üstünlüklərdən faydalanaraq işlərin hüquqi yardımın da dəstəyi ilə daha tez və daha keyfiyyətli yekunlaşmasını qarşıya məqsəd qoyurlar. Əlbəttə ki, bu faktları görmək bizi sevindirir və bizə dəstək olan vəkillərin heç birinin əməyini unutmuruq. Hətta Sumqayıt 1 saylı mediasiya təşkilatının təşəbbüsü ilə mediasiya proseslərinə, barışıq sazişlərinin vəkillərin iştirakı ilə bağlanmasına dəstək olan vəkillər Sumqayıt 1 saylı mediasiya təşkilatı tərəfindən təşəkkürnamə və diplomlarla təltif edilmişdir. Biz həm də hesab edirik ki, mediasiya təşkilatlarımız və mediatorlarımız vəkillərlə keyfiyyətli mediasiya xidmətləri və keyfiyyətli hüquq xidmətlərinin uzlaşan münasibətlər üzrə inkişafının iştirakçıları olmalıdırlar. Biz bildiyiniz kimi, mediasiya təşkilatlarının və mediatorların həm daxili, həm də ictimai qaydada qiymətləndirilməsini həyata keçiririk. 

Eyni zamanda hər ay cəmiyyətə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin dəstəyi ilə verdiyimiz hesabatda mediatorların, mediasiya təşkilatlarının adlı siyahısı və statistikaları göstərilməklə, nəticələrimizi cəmiyyətə bəyan edirik. 

Yaxın gələcəkdə isə mediasiya proseslərinin keyfiyyətinin artırılmasında xüsusi rol oynayan, mediator və mediasiya təşkilatlarının barışıq sazişlərinin əldə edilməsində yaxından dəstək göstərən vəkillərlə bağlı adlı siyahı üzrə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına dərin təşəkkür edərək rəsmi məktubla göndərmək istəyirik. Hələ ki, bu məsələlər mediasiya təşkilatlarımız və mediatorlarımızdan gələn pozitiv siqnallar nəticəsində ümumiləşdirilir. 

Hesab edirik ki, problemləri dilə gətirməklə yanaşı, hər bir qurum ona dəstək olan mühit iştirakçılarına da təşəkkür etməyi bacarmalıdır. Ona görə də fürsətdən istifadə edib, mediasiya proseslərində işlərimizin barışıq sazişləri ilə məhkəməyədək həllində bizə dəstək olan hər bir vəkil dostumuza dərin təşəkkür edirik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.