Tanınmış idmançıya "Gelandewagen" hədiyyə edildi

Tanınmış idmançıya Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevə yeni "Gelandewagen" hədiyyə edib. 
 
Pravda.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta" nəşri məlumat yayıb.
 
Hədiyyə idmançının "UFC 294" turnirində nigeriyalı Kamaru Usman üzərində qələbəsindən sonra təqdim edilib.
 
Qeyd edək ki, yarış oktyabrın 21-də Abu Dabidə (BƏƏ) keçirilib. Döyüş üç raund davam edib.
 
Çimayev rəsmi UFC çəki dərəcəsində dördüncü yerdədir.

Geri qayıt