Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış idmançıya "Gelandewagen" hədiyyə edildi

Tanınmış idmançıya "Gelandewagen" hədiyyə edildi

Tanınmış idmançıya
2023-10-23 , 17:43

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevə yeni "Gelandewagen" hədiyyə edib. 

 
Pravda.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta" nəşri məlumat yayıb.
 
Hədiyyə idmançının "UFC 294" turnirində nigeriyalı Kamaru Usman üzərində qələbəsindən sonra təqdim edilib.
 
Qeyd edək ki, yarış oktyabrın 21-də Abu Dabidə (BƏƏ) keçirilib. Döyüş üç raund davam edib.
 
Çimayev rəsmi UFC çəki dərəcəsində dördüncü yerdədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.