Azərbaycan Dillər Universiteti (ADU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 27 oktyabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.

Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Qulizadə Gülnar və Rəşad Əliyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.