Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Dillər Universiteti (ADU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 27 oktyabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dillər Universiteti (ADU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 27 oktyabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dillər Universiteti (ADU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 27 oktyabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.
2023-10-30 , 16:48

Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş, tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Dillər Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 


Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı  mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Qulizadə Gülnar və Rəşad Əliyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.