Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq görüş keçirilib.

Azərbaycan Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq görüş keçirilib.

Azərbaycan Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq görüş keçirilib.
2023-10-14 , 15:46

Azərbaycan Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 13 oktyabr 2023-ci il tarixində Azərbaycan Universitetinin tələbələri ilə görüş keçirilib.


Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 

Görüşdə Mediasiya Şurasını Bakı 15 saylı Mediasiya təşkilatı təmsil edib. Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şalıyev tələbələrlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.