Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Aqrarkredit QSC ilə Mediasiya Şurası arasında görüş keçirilib

Aqrarkredit QSC ilə Mediasiya Şurası arasında görüş keçirilib

Aqrarkredit QSC ilə Mediasiya Şurası arasında görüş keçirilib
2023-04-14 , 22:07

Aqrarkredit QSC ilə Mediasiya Şurası arasında görüş keçirilib.
Görüşdə Aqrarkredit QSC İdarə Heyəti sədrinin birinci müavini Yusub Vəliyev, İdarə Heyətinin üzvü Süleyman Kələşov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 16 saylı mediasiya təşkilatının rəhbəri Oğul Kərimov, Bakı 17 saylı mediasiya təşkilatının rəhbəri Rəşad İbrahimov, Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, Maliyyə Mübahisələri Komitəsinin üzvləri Kamal Əliyev və Elçin Həsənov, katibi Ziyad Məmmədov iştirak ediblər. İştirakçılar təşkil edilən müzakirələrdə fikir mübadiləsi apararaq mediasiyanın üstünlüyü məsələlərinə dair fikirləri bölüşüb gələcək əməkdaşlıq perspektivləri  barədə təkliflər irəli sürüblər.  
Görüş zamanı Aqrarkredit QSC ilə Mediasiya Şurası arasındakı əməkdaşlıq imkanları, barışıq sazişləri üzrə keyfiyyət göstəricilərinin artırılması yolları müzakirə edilib. Həmçinin, Cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzalanmış sərəncamda nəzərdə tutulan mediasiya hesabına kommersiya mübahisələrində hər il müsbət nəticələrin, eyni zamanda barışıq sazişlərinin həcminin artırılması ilə əlaqədar səmərəli əməkdaşlığın qurulması ilə bağlı müzakirələr aparılıb. 
Qərara alınıb ki, hər iki qurum əməkdaşlığı intensiv formada davam etdirsinlər.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.