Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Tikinti İstehsalçıları Assosiasiyası və Mediasiya Şurası arasında görüş keçirilib

Tikinti İstehsalçıları Assosiasiyası və Mediasiya Şurası arasında görüş keçirilib

Tikinti İstehsalçıları Assosiasiyası və Mediasiya Şurası arasında görüş keçirilib
2023-04-28 , 01:11

Bu gün Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Mediasiya Şurası arasında görüş keçirilib.
Görüşdə ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, sədrin birinci müavini Ramilə İsrafilbəyova, icraçı direktor Anar Rzayev, İşlər İdarəsi rəhbəri Nazim Əliyev, Tikinti Departamenti rəhbəri Sənan Cəfərov, Mediasiya Şurasi İdarə Heyətinin sədri Nadir Adilov, mediatorlar Elçin Məmmədov, Arslan Mikayılov, Yusif Abdurzaqov, Ramil Qasımzadə, Maliyyə Mübahisələri Komitəsinin katibi Ziyad Məmmədov iştirak edib.
Görüş zamanı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda mediasiyanın əsas fəaliyyət istiqamətlərindən və keçirilən mediasiya islahatları barədə məlumat verib. Gələcəkdə maarifləndirmə məqsədli tikinti şirkətləri və mediatorlar arasında görüşlərin təşkili, birgə fəaliyyətin formalaşdırılması və bir çox qarşılıqlı əlaqələrin qurulması ilə bağlı təklif və tövsiyələr edilib, qarşılıqlı fikir mübadiləsi aparılib.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.